İtaliyada ən iri günəş elektrik stansiyası tikilir
Avropada günəş enerjisi ilə işləyən ən güclü elektrostansiya yaxın aylarda İtaliyada işə düşəcək.
Venesiya yaxınlığındakı Roviqo şəhərində elektrik stansiyasının tikintisini ABŞ-ın “SunEdison” şirkəti həyata keçirir. 850 min kvadratmetr sahədə yerləşəcək müəssisə 72 MVt elektrik enerjisi istehsal edəcək.
Hazırda günəş enerjisi ilə işləyən ən iri elektrik stansiyası İspaniyadadır və 60 MVt elektrik enerjisi istehsal edir. İtaliya stansiyasına yatırılmış sərmayələrin ümumi məbləği 200-250 milyon avrodur. Stansiya artıq 2010-cu ilin ikinci yarısında elektrik enerjisi istehsalına başlayacaq.
Xatırladaq ki, Fransada, NATO-nun keçmiş bazasının yerində fotoqalvanik günəş stansiyası tikilir. Müəssisə 2012-ci ildə işə salınacaq.
11:02 13/03 | 88 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
İtaliyada ən iri günəş elektrik stansiyası tikilir | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun