SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Qalmaqalla yadda qalan matç
"Olimpik-Şüvəlan" və "Standard" komandaları arasında keçirilən oyundan sonra qalmaqal baş verib.



Futbol üzrə Premyer Liqanın XXIII turunda "Olimpik-Şüvəlan" və "Standard" komandaları arasında keçirilmiş oyundan sonra qalmaqal baş verib. Matçın gedişində meydan sahiblərindən Tərlan Xəlilovla qonaqların futbolçusu David Çiçveişvili arasında yaranan mübahisə qarşılaşmanın ardından əlbəyaxa döyüşə keçib. "Standard"ın gürcü futbolçuları Serqi Orbeladze ilə David Çiçveişvili Tərlan Xəlilova hücum ediblər. Çiçveişvili Xəlilova arxadan, Orbeladze isə qarnına təpik atıb. Bundan sonra hər iki komandanın futbolçuları məsələyə qarışıblar. Münaqişənin kütləvi qarşıdurmaya keçməsinə polislər və "Olimpik-Şüvəlan"ın mühafizə xidməti imkan verməyib. Meydan sahiblərinin məşqçisi Səmədağa Şıxlarov isə baş hakim Rauf Cabbarova oyundakı idarəçiliyi ilə bağlı iradlar bildirib. Cabbarov Şıxlarova cavab qaytarıb. Bu zaman iki şəxs arasında "söz savaşı" yaşanıb. Qeyd edək ki, "Olimpik-Şüvəlan" - "Standard" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.



10:48 13/03 | 146 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Qalmaqalla yadda qalan matç | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox İDMAN
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: İDMAN:
Futbol tarixində görünməmiş hadisə!


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur