SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Əhməd Davudoğlu: "Biz öz tariximizi başqalarının dəyərləndirməsinə icazə vermərik"
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isveçli həmkarı Karl Bildtdə görüşüb.




Görüşdə İsveç parlamentinin Komitəsində “erməni soyqırımı” ilə bağlı qəbul olunan qərar müzakirə edilib. Əhməd Davudoğlu görüşdən sonrakı açıqlamasında İsveç parlamentinin qərarından təəssüfləndiyini bildirib. Onun sözlərinə görə, tarixi məsələlər parlamentlər tərəfindən dəyərləndirilməməlidir. Türkiyəli nazir bildirib ki, millət vəkillərinin əksəriyyəti tarixi hadisələrlə bağlı kifayət qədər məlumatlı deyillər, nə keçmişdəki, nə də Türkiyədəki mövcud durumu yaxşı bilmirlər: “Hesab edirik ki, bu qərar böyük səhvdir, qəbul etməyimiz mümkün deyil. Əgər parlamentlər belə qərarlar qəbul etməyə başlasalar, siyasi olduğu qədər də intellektual bir xaos yaranar. Tarixin bu şəkildə siyasiləşdirilməsi cəmiyyətlərini üçün böyük problemlərə səbəb ola bilər”.

Əhməd Davudoğlu onu da bildirib ki, Türkiyə-İsveç münasibətləri yüksək səviyyədə olub, iki ölkə arasında strateji müttəfiqlik yaranıb. Onun sözlərinə görə, gələn həftə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın İsveçə səfər etməsi və əlaqələrin daha inkişaf etdirilməsi planlaşdırılırdı.“Əlaqələri o səviyyəyə çatdıracaqdıq ki, tğək Avropada yox, bütün dünyada bir örnək olacaqdı” deyən nazir məlumat verib ki, parlamentdə qəbul olunan qərardan sonra Rəcəb Tayyib Ərdoğanın səfəri ləğv edilib.

Jurnalistlərdən birinin Avropada “erməni soyqırımı” ilə bağlı bu cür qərarlarının qəbulu davam etsə, Türkiyənin hansı addımları atacağı ilə bağlı sualına Əhməd Davudoğlu belə cavab verib: “Təbii ki, əvvəllər olduğu kimi bunda sonra da Türkiyənin reaksiyası çox sərt olacaq. Biz öz tariximizi başqalarının dəyərləndirməsinə icazə vermərik. Bəziləri üçün 1915-ci il erməni məsələsi kimi görünə bilər. Amma bizim üçün 1915-ci il bir ulusun ölkəsini çox böyük ordulara qarşı müdafiə etdiyi Çanaqqala savaşı deməkdir”.

Əhməd Davudoğlu bildirib ki, rəsmi Ankara tarixi mövzularla bağlı mübahisə etmək niyyətində deyil. Onun fikrincə, belə mübahisələr əvəzinə bütün avropalıların və Qafqaz xalqlarının parolaq gələcəyi üçün birlikdə çalışmaq lazımdır: “Əgər belə şeylər təkrarlansa, Türk xalqı bu cür təhqirləri əsla qəbul etməyəcək. Bu cür qərarlar qəbuledilməzdir və tədbir görmək məcburiyyətində qalarıq”.



09:19 13/03 | 53 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Əhməd Davudoğlu: "Biz öz tariximizi başqalarının dəyərləndirməsinə icazə vermərik" | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox DÜNYA
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: DÜNYA:
Abdullah Gül İsrailə axşamadək vaxt verdi


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur