ATƏT-in Minsk Qrupunun həmsədrləri martın sonu, aprelin əvvəllərində regiona səfər edəcəklər
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Andrey Nesterenko bu gün keçirdiyi mətbuat konfransında deyib.
ATƏT-in Minsk Qrupunun həmsədrləri martın sonu, aprelin əvvəllərində regiona səfər edəcəklər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Andrey Nesterenko bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, vasitəçilər mövqeləri yaxınlaşdırmağa cəhd etmək məqsədi ilə Bakı, İrəvan və Dağlıq Qarabağa gedəcəklər. Diplomat həmçinin deyib ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanması il bağlı danışıqların gedişini müsbət qiymətləndirir: “Danışıqların gedişini normal qiymətləndiririk. Nizamlanmanın əsas prinsiplərinə münaqişə tərəflərinə iki ay əvvəl təqdim olunmuş və “yeniləşmiş Madrid sənədi” adını almış həmsədrlərin işçi təkliflərinin müzakirəsi gedir. Vasitəçilər tərəflərin bu təkliflərə reaksiyasını öyrənir”.
18:45 11/03 | 64 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
ATƏT-in Minsk Qrupunun həmsədrləri martın sonu, aprelin əvvəllərində regiona səfər edəcəklər | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun