SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Azərbaycan Prezidenti Çanq Conq Hoanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Koreya Respublikasının torpaq, nəqliyyat və dəniz işləri üzrə naziri Çanq Conq Hoanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 


Koreyalı nazirin azərbaycanlı həmkarları ilə yaxşı əlaqələr yaradacağına ümidvar olduğunu bildirən dövlətimizin başçısı əməkdaşlığımızı genişləndirmək üçün görüləcək əlavə tədbirlərin müəyyənləşdirilməsi baxımından səfərin əhəmiyyətli olduğunu qeyd edib. Prezident İlham Əliyev Azərbaycanda Koreya ilə birgə fəaliyyəti inkişaf etdirmək üçün böyük planların olduğunu vurğulayıb. Artıq Koreyadan olan bir sıra şirkətlərin ölkəmizdə fəal çalışdıqlarını qeyd edən dövlətimizin başçısı onların sayının artacağına ümidvar olduğunu bildirib. Koreyanın torpaq, nəqliyyat və dəniz işləri üzrə naziri Çanq Conq Hoan ölkəmizə ilk dəfə səfər etdiyini və burada görülən işlərin ona xoş təsir bağışladığını deyib. Nazir Azərbaycan iqtisadiyyatının sürətli inkişafına Prezident İlham Əliyevin rəhbərliyi ilə nail olunduğunu və dövlət başçısının ölkələrimiz arasında münasibətlərin inkişafına böyük maraq göstərməsinin əhəmiyyətini vurğulayıb.




17:34 11/03 | 104 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Azərbaycan Prezidenti Çanq Conq Hoanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox SİYASƏT
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: SİYASƏT:
Anjey Kaspşikin mandatı uzadılıb


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur