Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğv olunması üzərində iş davam edir.
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Nazir deyib ki, sazişin hazırlanmasında bəzi bürokratik problemlər var, onlar aradan qaldırılandan sonra, saziş imzalanacaq. Nazir bu sənədin bu il imzalanacağını istisna etməyib.
Azərbaycanla Avropa İttifaqı arasında «Şərq Tərəfdaşlığı» proqramı çərçivəsində assosiativ sazişin imzalanması ilə bağlı sualı cavablandıran nazir bu sahədə Brüsselə danışıqların aparıldığını söyləyib. «Müzakirə olunacaq xeyli məsələ var», - deyə nazir vurğulayıb. |