Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşü barədə müzakirələr aparılmır.
Bu barədə jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
Ermənistan xarici işlər nazirinin Moskvaya, prezidentinin isə Fransaya səfər etdiklərini xatırladan nazir bildirib ki, ATƏT Minsk Qrupunun həmsədrləri hazırda yenilənmiş Madrid təkliflərinə Ermənistanın təqdim etdiyi təklifləri müzakirə edir: “Çox güman ki, sonra Ermənistanın xarici işlər naziri Parisə dəvət olunacaq. Bundan sonra məlum olacaq ki, hansı istiqamətdə iş aparılsın”. |