SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
TQDK sınaq imtahanları keçirir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010-cu il aprelin 4-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə sınaq imtahanları keçirir.

TQDK-dan Antenn.az-a bildiriblər ki, ilk sınaq imtahanının Bakı, Naxçıvan, Gəncə, Lənkəran və digər şəhərlərdə keçirilməsi nəzərdə tutulur. İmtahanlara abituriyentlər yalnız özlərinin şəxsiyyət vəsiqəsi ilə yazılmalıdırlar. Sınaq imtahanlarının keçiriləcəyi bölgələrin, yerlərin siyahısı yaxın günlərdə TQDK-nın internet səhifəsində yerləşdiriləcək.
Sınaq imtahanına yazılış internet vasitəsilə aparılır. Bunun üçün abituriyentlər qiyməti 3 manat olan və bir imtahana yazılmaq imkanı verən TQDK-nın “ödəmə kartı”nı əldə etməlidirlər. Həmin kartları TQDK-nın “Abituriyent” satış köşkündən, həmçinin respublikanın bütün şəhər (rayon) poçt şöbələrindən əldə etmək olar.

Komissiya tərəfindən ödəmə kartlarının elektron satışına da imkan yaradılıb. Belə ki, “Visa/Visa Electron” və ya “Mastercard/Maestro” plastik kartı olan istənilən şəxs TQDK-nın ödəmə kartlarını elektron formada ala bilər. Bunun üçün Komissiyanın internet saytında xüsusi bölmə - http://tqdk.gov.az/virtualkart/ yaradılıb.

Xatırladaq ki, sınaq imtahanlarında iştirak etmək könüllüdür. Bu imtahanlar abituriyentlərə biliklərini yoxlamağa, ümumi hazırlıq səviyyələrini müəyyən etməyə, tədris materiallarının qavranılmasında güclü və zəif tərəflərini üzə çıxarmağa kömək edəcək. İmtahanlarda istifadə olunan sual kitabçaları TQDK-nın aparıcı mütəxəssisləri və ekspertləri tərəfindən hazırlanıb və orta məktəb dərsliklərinə, qəbul imtahanları proqramlarına tamamilə uyğundur.



12:08 11/03 | 160 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
TQDK sınaq imtahanları keçirir | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox CƏMİYYƏT
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: CƏMİYYƏT:
Naxçıvanda iki din xadiminin ölümü ilə nəticələnən qətl hadisəsi baş verdi


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur