Xorvatiyanın Riyeka şəhərində kişi və qadın şahmatçıların fərdi Avropa çempionatında V turun görüşləri oynanılıb.
Avropa çempionatının rəsmi saytında yer alan məlumata görə, bu tur Azərbaycan şahmatçısı Zeynəb Məmmədyarova erməni idmançı Anait Xaratyanla üz-üzə gəlib. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, bir neçə tur əvvəl Zeynəbin kiçik bacısı Türkan Məmmədyarova da, Anait Xaratyanla görüşərək onu mat etmişdi. |