“Forbes” jurnalının versiyası üzrə dünyanın ən varlı adamlarının siyahısına ilk dəfə meksikalı başçılıq edib.
Bu, telekommunikasiya maqnatı Karlos Slim Eludur. Onun sərvəti 53,5 milyard dolları ötüb. Meksikalı iş adamı ötənilki lider Bill Geytsi (“Microsoft” konserninin qurucusu) yarım milyard dollar qabaqlayıb.
Ən varlı alman məşhur “Aldi” diskaunterinin sahibi Karl Albrextdir. “Forbes” onun sərvətini 23,5 miyard dollar dəyərləndirib. Bütövlükdə Almaniyada 53 milyarder var. “Frankfurter Allgemeine” qəzetinin onlayn-portalının məlumatına görə, böhranlı 2009-cu ildən sonra bütün dünyada milyarderlərin sayı mini ötüb.
Milyarderlərin sayına görə ABŞ (403) öndədir. İkinci yeri Çin (64), üçüncü yeri isə Rusiya (62) tutur. “Forbes”in məlumatına görə, daha çox milyarder Nyu-Yorkda (62) yaşayır. İkinci yeri Moskva (50), üçüncü yeri isə London tutur (32). |