Sabunçuda məktəb binasında baş verən yanğın söndürüldü
Bakının Sabunçu rayonunda 67 saylı orta məktəbin binasında baş verən yanğın söndürülüb.
Yanğının söndürülməsində 20-yə yaxın yanğınsöndürən maşın iştirak edib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin qərargah rəisi Əkbər Novruzovun bildirdiyinə görə, yanğın məktəb binasının 500 kvadrat metr ərazisini əhatə edib. Əsasən binanın tavanına ciddi ziyan dəyib. Yanğın nəticəsində xəsarət alan olmayıb. Hazırda yanğının baş vermə səbəblər araşdırılır. Məktəbin direktoru İradə Bayramova jurnalistlərə açıqlamasında bildirib ki, 3 mərtəbəli binanın 3-cü mərtəbəsi tamamilə sıradan çıxıb. Direktor qeyd edib ki, buna baxmayaraq sabahdan dərslərin bərpa olunması, şagirdlərin təhsillərini rayonun digər orta məktəblərində davam etdirmələri qərara alınıb.
20:23 10/03 | 80 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Sabunçuda məktəb binasında baş verən yanğın söndürüldü | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun