Bu gün Bakının Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən 67 saylı orta məktəbdə yanğın baş verib.
Yanğın üçmərtəbəli məktəb binasının 3-cü mərtəbəsində baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata əsasən, yanğın məktəbdə dərs zamanı başlasa da, hadisə nəticəsində yanan və xəsarət alan olmayıb. Məktəbin bütün kollektivi vaxtında binadan təxliyyə olunub. Hadisə şahidlərinin verdiyi məlumata görə hazırda məktəbdə yanğın davam edir və küləyin təsirindən daha da güclənir. FHN-nin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub, yanğının qarşısı alınır. Hadisənin səbəbi bilinmir.
18:36 10/03 | 43 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Bakıda orta məktəb binası yanır | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun