Türkiyə Daxili İşlər Nazirliyi Sahil Mühafizəsi komandanı Azərbaycana gəldi
Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsi rəisinin dəvəti ilə Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Sahil Mühafizəsinin komandanı vitse-admiral İzzət Artuncun rəhbərliyi altında nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
DSX-nin mətbuat mərkəzindən bildirilib ki, Türkiyə nümayəndə heyəti Şəhidlər Xiyabanını və Türk Əsgərinin məzarını ziyarət edib. Daha sonra nümayəndə heyəti DSX rəisi, general-leytenant Elçin Quliyev tərəfindən qəbul edilib. Görüş zamanı Azərbaycan DSX və Türkiyənin aidiyyatı dövlət qurumları arasında əməkdaşlığın hazırkı vəziyyəti barədə fikir mübadiləsi aparılıb, hər iki ölkənin Sahil Mühafizələri arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub. Səfər çərçivəsində qonaqların DSX Sahil Mühafizəsinin bazası ilə və digər xidməti obyektləri ilə tanışlığı nəzərdə tutulub.
17:12 10/03 | 50 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Türkiyə Daxili İşlər Nazirliyi Sahil Mühafizəsi komandanı Azərbaycana gəldi | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun