SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

TEXNOLOGİYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

  
Əli Əhmədov: “Təəssüf ki, 1992-ci ildə yaradılan Minsk qrupu indiyədək öz missiyasını başa çatdırmayıb”

“Azərbaycan Fransa, Rusiya və ABŞ-ın vasitəçiliyinə inanaraq onların ATƏT-in Minsk qrupunun həmsədrləri olmasına razılıq verib. İnanırıq ki, həmsədrlər özlərinin missiyalarına vicdanla və beynəlxalq hüquq normalarına uyğun yanaşacaqlar”.

 


Bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov deyib. Onun sözlərinə görə, həmsədrlər üzərlərinə götürdükləri missiyanın məsuliyyətini dərk etməlidirlər. Amma təəssüf ki, 1992-ci ildə yaradılan Minsk qrupu indiyədək öz missiyasını başa çatdırmayıb. Fransa və Rusiya prezidentlərinin Dağlıq Qarabağ problemi ilə bağlı birgə bəyanatını xatırladan YAP sədrinin müavini qeyd edib ki, hər iki dövlət Ermənistan–Azərbaycan münaqişəsinin həlli istiqamətində sıx əməkdaşlıq etmək niyyətini bildiriblər. “Azərbaycan vətəndaşları olaraq bu bəyanata inanırıq. Amma bu inamın möhkəm və dayanıqlı olması bir amildən asılıdır. Verilən bəyanatlar əməli fəaliyyətdə təsdiqini tapsın. Belə bir hal isə özünü tam şəkildə göstərməmişdir”.

16:22 10/03 | 41 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Əli Əhmədov: “Təəssüf ki, 1992-ci ildə yaradılan Minsk qrupu indiyədək öz missiyasını başa çatdırmayıb” | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox SİYASƏT
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: SİYASƏT:
Anjey Kaspşikin mandatı uzadılıb


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur