SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Bakı Elitar Gimnaziyasının 11-ci sinif şagirdi intihar edib
Bakı Elitar Gimnaziyasının şagirdi intihar edib.

Nərimanov rayon Prokurorluğundan məlumat verilən məlumata görə, hadisə ötən gecə, paytaxtın Ə. Rəcəbli küçəsi 36, mənzil 26-da qeydə alınıb. Həmin ünvanda yaşayan, Pərvin Mirzə qızı Əsgərova özünü yaşadığı evin hamamında asıb. Yaxınları onun meyitini bir neçə saat sonra aşkar ediblər. P. Əsgərovanın özünə qəsd etməsinin səbəbləri barədə isə hələlik heç bir məlumat yoxdur.

Mərhumun Bakı Elitar Gimnaziyasının 11-ci sinif şagirdi olduğu bildirib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Bakı Elitar Gimnaziyanın direktoru Sevda Quliyeva APA-ya açıqlamasında R. Əsgərovanın məktəbin ən nümunəvi şagirdlərindən biri olduğunu qeyd edib. Şagirdin özünə qəsd etməsinin səbəbləri barədə heç nə deyə bilməyəcəyini vurğulayan S. Quliyeva onun atasının olmadığını deyib: “Anasıyla qalırdı. Bu günədək onun hər hansı dərdi də olmayıb. Bu xəbəri eşidəndə gimnaziyanın bütün kollektivi şoka düşdü”.



12:53 10/03 | 158 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Bakı Elitar Gimnaziyasının 11-ci sinif şagirdi intihar edib | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox CƏMİYYƏT
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: CƏMİYYƏT:
Naxçıvanda iki din xadiminin ölümü ilə nəticələnən qətl hadisəsi baş verdi


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur