SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq etdi
Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına İraqda baş verən terror hadisələri və silahlı toqquşmalarla bağlı xəbərdarlıq edib.





Səyahət xəbərdarlığında deyilir: “İraq ərazisində əvvəlki illərə nisbətən terror hücumlarının sayı azalsa da, ölkə ərazisinə səyahət etmək hələ də təhlükəlidir. Xüsusilə, Bağdad və onun şimal hissələrindən Mosul və Kərkükə qədər olan ərazilərə səyahətlər vacib olmadıqca təxirə salınmalıdır. Bunlardan başqa Bəsrə, Maysan, Əl Anbar, Səlahəddin, Diyala, Vasit, Babil, Nineva, Əl Qadisiyah, Mutanna, Nəcəf, Kərbəla, Di Qar əyalətlərinə edilən səyahətlər də təhlükəlidir.
İraq ərazisində İraq Təhlükəsizlik qüvvələri və müxtəlif silahlı qruplaşmalar arasında hər gün toqquşmaların baş verməsi və xarici ölkə vətəndaşlarına qarşı seçimsiz hücumların olması halları müşahidə olunur. Belə ki, yanvarın 28-də İraq zəvvarları aparan avtomobilə atəş açılması nəticəsində bir Azərbaycan vətəndaşı həlak olub, ikisi isə yaralanıb.
Ölkə ərazisində insanların girov götürülməsi və oğurlanması halları, eyni zamanda nəqliyyat vasitələrinə, insanların öz bədənlərinə və insanların sayının çox olduğu yerlərə yerləşdirilmiş partlayıcı maddələrin partladılması nəticəsində minlərlə insanın ölməsi və yaralanması faktları mövcuddur.
Avtomobillə edilən səyahətlər də olduqca təhlükəlidir. Xüsusilə Bağdad şəhəri və Bağdad Beynəlxalq Hava Limanı arasındakı yollarda tez-tez avtomobillərə hücumlar baş verir.
İraq hökuməti İranla sərhəd olan Kella, Saranban-Qolle, Tayvella və Pərviz Xan sərhəd nöqtələrini bağlayıb. Küveytlə sərhəd məntəqələri olan Abdali və Safvan məntəqələri də qeyri-müəyyən müddətə bağlanıb.
Bunları nəzərə alaraq İraqa səfər etmək istəyən Azərbaycan vətəndaşlarının diqqətinə çatdırılır ki, bu ölkəyə səfər edən zaman yuxarıda qeyd edilən məsələləri nəzərə alsınlar və ehtiyatlı olsunlar.
İraqda daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşları qeyd edilən məsələlərlə bağlı hər hansı problemlə qarşılaşdıqda, onlara daha asan yardım göstərilməsi üçün Əmman şəhərində yerləşən Azərbaycanın İordaniya Haşimilər Krallığındakı Səfirliyi ilə əlaqə saxlamaları və konsulluq qeydiyyatına durmaları tövsiyə olunur”.
Xəbərdarlıqda qeyd olunur ki, Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarının səyahəti zamanı baş verə biləcək hadisələrə görə heç bir məsuliyyət daşımır: “Diqqətinizə çatdırırıq ki, dünyanın heç bir regionu və ya ölkəsi terror və fövqəladə hadisə təhlükəsindən kənar deyil”.



11:26 10/03 | 90 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq etdi | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox SİYASƏT
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: SİYASƏT:
Anjey Kaspşikin mandatı uzadılıb


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur