SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
“Los Angeles Times”Türkiyəni qondarma soyqırımını qəbul etməyə çağırıb
ABŞ-da erməni ictimaiyyətinin ən çox yaşadığı Kaliforniya ştatının ən böyük mətbu orqanlarından biri olan “Los Angeles Times” qəzeti Türkiyəni qondarma soyqırımını qəbul etməyə çağırıb.




“Türkiyə ermənilərlə münasibətlərini normallaşdırmaq istəyirsə, “soyqırımını” qəbul etməlidir və qanlı keçmişi ilə üz-üzə gəlməlidir”.

Qəzet 1915-ci ildə baş verən hadisələrin adının “soyqırımı” olduğunu yazıb: “İndi konqress və Obama adminstrasiyası bu simvolik hadisənin (səsvermə) ABŞ-ın stratejik mənfəətlərinə xeyri olub-olmadığına baxmalıdır. Barak Obama indilik sələfləri Buş və Klinton kimi layihəyə yox deyəcək”.

Qəzet Türkiyəni qondarma soyqırımını tanımağa çağırdığı yazısında Almaniyanın, Argentinanın və Cənubi Afrikanın dürüstlüklə bu addımı atdığını xatırladıb.

“Los Angeles Times” sülhün təsisi üçün Türkiyənin “soyqırımını” qəbul etməsinin şərt olduğunu bildirib: “Hədəf keçmişin kabusunu yox edərək Türkiyə və Ermənistan əlaqələrinin barpasıdır. Bu həm ABŞ-ın, həm də iki ölkə xalqlarının mənfəətlərinədir. Bunun həyata keçirilməsi üçün Türkiyənin vəzifəsi “soyqırımını” qəbul etməkdir”.



10:35 10/03 | 114 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
“Los Angeles Times”Türkiyəni qondarma soyqırımını qəbul etməyə çağırıb | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox DÜNYA
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: DÜNYA:
Abdullah Gül İsrailə axşamadək vaxt verdi


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur