SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
“Qondarma erməni soyqırımına aid qanun layihəsi ilə bağlı vəziyyətin dəyişdiyi görsənməyənədək səfirimiz ABŞ-a qayıtmayacaq”

Rəcəb Tayyib Ərdoğan bu bəyanatla səfərdə olduğu Səudiyyə Ərəbistanında çıxış edib.



Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, qondarma erməni soyqırımına aid qanun layihəsi ilə bağlı vəziyyətin dəyişdiyi görsənməyənə qələr səfir Namik Tan ABŞ-a qayıtmayacaq. “CNN Türk” xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan bu bəyanatla səfərdə olduğu Səudiyyə Ərəbistanında çıxış edib. O, Ər-Riyadda jurnalistlərlə görüşüb. Ərdoğan ABŞ Nmüayəndələr Palatası komitəsinin qərarının Türkiyəni təəssüfləndirdiyini bir daha bəyan edib: “Amerika bizim strateji müttəfiqimizdir. ABŞ-da belə bir dövrdə bu şəkildə səsvermənin keçirilməsi ilə bir komediya icra edildi. Səs verən adamın ən geci 5 dəqiqə ərzində orda olması lazım olduğu halda, baxırsınız, sədr itir. Aradan 1 saat keçir. Sədr kokteylə çıxır. Həm “inkişaf etmiş demokratiya” deyəcəksiniz, həm də bütün çirklilikləri ortaya qoyacaqsınız. Dərhal səfirimizi müzakirələr üçün Türkiyəyə çağırdıq. Bundan sonrakı davranış bizim üçün çox önəmlidir. Biz bu davranışı izləyirik. Türkiyə bu məsələlərdə həssasdır. Qürurü ilə oynanmasına icazə verməz. Amerikanın belə bir məsələdə strateji müttəfiqinə arxa çevirəcəyini ehtimal etmirik. Əgər bir dəyişikliyi dəqiqliklə görməsək, səfirimizi Amerikaya göndərmərik”. Yaxın Şərqin nüvə silahlarından kənar bölgəyə çevrilməsini istədiklərini deyən Türkiyənin baş naziri İranla bağlı problemin dialoq yolu ilə həllinə tərəfdar olduqlarını da bildirib.




18:20 09/03 | 124 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
“Qondarma erməni soyqırımına aid qanun layihəsi ilə bağlı vəziyyətin dəyişdiyi görsənməyənədək səfirimiz ABŞ-a qayıtmayacaq” | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox DÜNYA
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: DÜNYA:
Abdullah Gül İsrailə axşamadək vaxt verdi


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur