SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Uşaqların övladlığa götürülməsi və onların alternativ qayğı ilə təmin olunması mexanizmi yaradılacaq

Azərbaycan Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNICEF çərşənbə axşamı "Uşaqların ailələrə verilməsi və onların alternativ qayğı ilə təmin olunması" layihəsi üzrə əməkdaşlıq haqqında birgə memorandum imzalayıblar.



"Azərbaycan Respublikasında (2006-2015-ci illərdə) uşaqların dövlət uşaq müəssisələrindən ailələrə verilməsi (deinstitusionalizasiya) və alternativ qayğı haqqında Dövlət Proqramı" çərçivəsində reallaşdırılan bu layihə Bakının iki pilot rayonunda - Suraxanı və Əzizbəyov rayonlarında həyata keçiriləcək", - Azərbaycanın təhsil naziri Misir Mərdanov imzalanma mərasimində bildirib. Onun sözlərinə görə, ötən iki il ərzində deinstitusionalizasiya proqramı çərçivəsində Azərbaycandakı 55 internatdan 9-u xüsusi qayğı mərkəzinə çevrilib. "Həmin internatlarda təhsil alan və yaşayan uşaqların sayı ötən iki il ərzində 14 389-dan 10 055-dək azalıb". Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova imzalanma mərasimində deyib ki, layihənin səmərəli həyata keçirilməsi üçün monitorinq prosesinə xüsusi rol ayrılmalıdır. Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov layihənin əhəmiyyətini qeyd edərək deyib ki, onun reallaşması aztəminatlı ailələrə əlavə dəstək olacaq. "Bu məqsədlə aztəminatlı uşaqların yaşadıqları internatlar Heydər Əliyev Fondu tərəfindən təmir edilib".




16:19 09/03 | 91 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Uşaqların övladlığa götürülməsi və onların alternativ qayğı ilə təmin olunması mexanizmi yaradılacaq | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox CƏMİYYƏT
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: CƏMİYYƏT:
Naxçıvanda iki din xadiminin ölümü ilə nəticələnən qətl hadisəsi baş verdi


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur