Martın 28-də Azərbaycan yay vaxtına keçəcək.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin verilən məlumata görə, Nazirlər Kabinetinin 1997-ci ildə qəbul etdiyi qərara əsasən, mart ayının sonuncu bazar günü saat 04:00-da saatların əqrəbi 1 saat irəli çəkiləcək. Bununla da, həmin andan etibarən Azərbaycanda yay vaxtına keçid tətbiq olunmuş sayılacaq. |