Türkiyə mətbuatının məlumatına görə, martın 8-də prezidentin ilk nəvəsi dünyaya gəlib.
Abdullah Gülün qızı Kübra Gül Sarımərmər martın 8-də saat 23:30 radələrində İstanbuldakı özəl xəstəxanaların birində qız anası olub.
Prezident və xanımı gecəni xəstəxanada keçiriblər. Baba olmağın sevincini yaşayan Abdullah Gül ilk nəvəsini qucağına alaraq əzizləyib. Körpə və anasının sağlıq durumunun qənaətbəxş olduğu bildirilir.
12:18 09/03 | 99 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et