Güləşçilərimiz Dünya Kubokunun bürünc mükafatına sahib çıxıblar
Moskvadakı “Drujba” universal idman zalında keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışları başa çatıb.
Dünyanın səkkiz ən güclü yığma komandası-Azərbaycan, Rusiya, İran, Türkiyə, Ukrayna, Belarus, ABŞ və Özbəkistan güləşçiləri mükafat fondu 200 min dollar olan yarışlarda qalib adı uğrunda mübarizə aparıblar. Azərbaycan yığması İran, Özbəkistan və ABŞ-ın çıxış etdiyi “B” qrupunda yarışıb. İlk rəqibləri iranlı güləşçilərə 2:5 hesabı ilə məğlub olan azərbaycanlı pəhləvanlar, yarışların sonrakı günlərində Özbəkistan komandasına 6:1, ABŞ idmançılarına isə 5:2 hesabı ilə qalib gəliblər. Üçüncü yer uğrunda yarışmada Ukrayna komandasına 5:2 hesabı ilə qalib gələn Azərbaycan güləşçiləri Dünya kubokunun bürünc mükafatına sahib olublar. Azərbaycan komandası Dünya Kuboku yarışlarında baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdövsi Umudovun rəhbərliyi və aşağıdakı heyət ilə iştirak edib: Yaşar Əliyev, Azər Paşayev (hər ikisi 55 kq), Ağahüseyn Mustafayev, Zəlimxan Hüseynov (60 kq), Emin Əzizov (66 kq), Aqil Quliyev, Camsulvara Camsulvarayev (74 kq), Novruz Tempezov (84 kq), Camaləddin Məhəmmədov, Xetaq Qazyumov (96 kq), Əli İsayev, Toxtar Tempezov (hər ikisi 120 kq).
11:31 08/03 | 113 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Güləşçilərimiz Dünya Kubokunun bürünc mükafatına sahib çıxıblar | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun