“Eurovision-2010”-nun Rusiyalı təmsilçisinin adı məlum oldu
Rusiyanı bu il müsabiqədə kim təmsil edəcək?
Rusiyanı “Avroviziya-2010” mahnı müsabiqəsində Pyotr Naliçin kollektivi təmsil edəcək. Ötən axşam keçirilmiş milli seçim turunun nəticəsi belə olub. Pyotr Naliç səsvermə nəticəsində 20,9 bal toplayıb. Ballar tamaşaçıların və peşəkar münsiflərin verdikləri səslər əsasında müəyyən edilib. Rusiyanı “Eurovision -2010”-da təmsil etmək uğrunda 25 iştirakçı mübarizə aparıb. Onların əksəriyyəti geniş tamaşaçı kütləsinə tanış deyildilər. Avropa musiqi müsabiqəsinin finalı Norveçdə mayın sonunda keçiriləcək.
10:26 08/03 | 329 dəfə oxunub 1 qeyd yazılıb Xəbəri çap et