Türkiyəli müğənni ərindən boşanmaq üçün məhkəməyə müraciət edib
Türkiyəli müğənni Petek Dinçöz əri Can Tanrıyardan boşanacaq.
Türkiyənin “Vətən” qəzetinin verdiyi məlumata görə, 30 yaşlı Petek Dinçözün televiziyada işləyən 50 yaşlı Can Tanrıyardan boşanmasına ərinin qadın və kişi dostları ilə tez-tez gecə klublarında görünməsi səbəb olub. Can Tanrıyar isə “Vətən”-ə müsahibəsində Petek Dinçözün boşanmaq istəməsinin səbəbini başqa cür izah edib. Onun sözlərinə görə, həyat yoldaşı ilə münasibətlərinin korlanmasının çox gülməli səbəbi var: “Ötən çərşənbə mən Marmarisə getməli oldum. Bunu Peteye dedim. O isə mənə “Eşitdiyim şeylər var, sən Marmarisə yox, Antalyaya başqa şeylər üçün gedirsən”,- dedi. Açığı, məndən şübhələnirdi. Komik bir şey oldu və hava pis olduğuna görə təyyarə Antalyaya endi. Mən Petek Dinçözə zəng etdim və Antalyada olduğumu dedim. O, buna möhkəm əsəbiləşsə də, dərdimi başa sala bilmədim”. Can Tanrıyar bildirib ki, Petek Dinçözün vəkili artıq məhkəmə müraciət edib və bir həftə ərzində boşanmaları gözlənilir.
13:34 04/03 | 338 dəfə oxunub 1 qeyd yazılıb Xəbəri çap et