SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Millimiz ardıcıl 3-cü qələbəsini qazanıb
Fərid Quliyev əsas yığmamızın heyətində ikinci matçında fərqlənməyi bacarıb.



Yığmamız bu dəfə səfərdə Lüksemburq millisini məğlubiyyətə uğradıb - 2:1. Komandamızın baş məqşçisi Berti Foqts "Joze Bartel" stadionunda keçirilən oyuna ilk dəqiqələrdən Kamran Ağayev, Rail Məlikov, Maksim Medvedev, Rəşad Sadıqov (kapitan), Ruslan Abışov, Aleksandr Çertoqanov, Samir Abbasov, Mahir Şükürov, Elvin Məmmədov, Rauf Əliyev və Fərid Quliyevi buraxıb. Fərid Quliyev əsas yığmamızın heyətində ikinci matçında fərqlənməyi bacarıb. O, 28-ci dəqiqədə rəqib müdafiəçilərin səhvini bağışlamayıb. Amma bundan 7 dəqiqə öncə komandamız ciddi itki ilə üzləşib. Qapıçı Kamran Ağayev hündürlüyə tullanaraq, topu tutmaq istəyərkən, əzələsini dartıb. Həkimlər onun oyunu davam etdirə bilməyəcəyi qənaətinə gəliblər. Bu səbəbdən, Ağayev "Qarabağ"dan dəvət alan qapıçı Fərhad Vəliyevlə əvəzlənib. Lakin Vəliyev 34-cü dəqiqədə Cef Ştrasserin cərimə zərbəsindən vurduğu topun qarşısını ala bilməyib. Ştrasserin fərqlənməsində qapıçımızın səhvi də az olmayıb. Bununla belə, millimiz buraxdığı qoldan 3 dəqiqə keçməmiş yenidən hesabda önə keçib. Bu dəfə Elvin Məmmədov fərqlənib. Fasilədən sonra Foqts Saşa Yunisoğlu və Fabio Luis Ramimi də meydançaya buraxıb. Lakin ilk yarıdakı 2:1 hesabı dəyişməyib. Beləliklə, yığmamız tarixi ərzində Lüksemburqla keçirdiyi ilk oyunundan qələbə ilə ayrılıb. Qeyd edək ki, əvvəlki iki yoldaşlıq görüşündə millimiz Çexiya və İordaniyanı məğlub edib - 2:0.



10:32 04/03 | 122 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Millimiz ardıcıl 3-cü qələbəsini qazanıb | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox İDMAN
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: İDMAN:
Futbol tarixində görünməmiş hadisə!


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur