SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
"2010-cu ildə qeyri-neft sektorunda ÜDM-nin artım tempinin 4.2%-ə qalxacağı gözlənilsə də, ttempin enməsi riksləri də qalmaqdadır"
"Azərbaycan iqtisadiyyyatı qlobal iqtisadi böhranın təsirinə yaxşı davam gətirmiş, amma bu təsirdən tam qoruna bilməmişdir".




Antenn.az -ın məlumatına görə, bunu BVF-in missiyasının rəhbəri Ninke Omes keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki,  2009-cu ildə ümumi ÜDM-nin artım tempi çox böyük təəssürat yaradaraq 9.3 % olmuşdur, lakin qeyri-neft sektorunda ÜDM artımı 2008-ci ilin 16% səviyyəsindən 2009-cu ildə 3%-ə enmişdir. Böhranın ən birbaşa təsiri özünü neftin qiymətinin xeyli düşməsi və daxili və xarici tələbin azalmasında göstərmiş, bu isə büdcə və ixrac gəlirlərinin, demək olar ki, 30% düşməsinə səbəb olmuşdur. Bundan başqa, xarici maliyyələşmə mənbələri azaldığı üçün kommersiya bankları özəl sektora kreditverməni məhdudlaşdırmış və bir sıra dövlət müəssisələri təkrar maliyyələşmənin məhdudluğu ilə üzləşmişdir. Beynəlxalq əmtəə qiymətləri düşdüyü üçün orta illik inflyasiya kəskin azalaraq 2008-ci ildə 20%-dən artlq olan səviyyədən 2009-cu ildə 1.4% səviyyəsinə düşmüşdür.

Azərbaycanın hakimiyyət orqanları böhrana qarşı uğurlu cavab tədbirləri görmüşlər. Büdcə gəlirləri azaldığı üçün hökumət prioritet olmayan xərcləri müvafiq olaraq ixtisar etmiş və yalnız davam etməkdə olan əsaslı investisiya layihələrini maliyyələşdirmişdir. AzərbaycanMərkəzi Bankı (AMB) məzənnəni sabit saxlamaqla və bank sisteminə likvidlik ayıraraq maliyyə sabitliyini uğurla təmin edə bilmişdir. Məzənnənin sabitliyi inflyasiyanı azaltmış, dollarlaşmanın müvəqqəti artımı tendensiyasını kəskin dəyişmiş və ev təsərrüfatları və bankların balanslarına mənfi təsirdən qaçınmağa imkan vermişdir. AMB-in xarici valyuta ehtiyatları azalmış, lakin 2009-cu ilin sonunda kifayət qədər yüksək olan 5.5 milyard ABŞ dolları səviyyəsində qalmışdır.

2010-cu ildə qeyri-neft ÜDM-nin artım tempinin 4.2%-ə qalxacağı gözlənilir, lakin tempin enməsi riksləri qalmaqdadır. Neft hasilatının yalnız 1.3% artacağı və ümumi ÜDM-in artım tempinin müvafiq olaraq yalnız 2.7% təşkil edəcəyi proqnozlaşdırılır. Qeyri-neft sektorunun artım tempinin bərpası və beynəlxalq əmtəə qiymətlərinin qalxması ilə yanaşı, 2010-cu ildə inflyasiyanın da 4%-ə qədər bir az artacağı gözlənilir. Əgər biznes nümayəndələri pessimistik əhval-ruhiyyəni saxlasalar və ya xarici tələb yalnız aşağı səviyyədə bərpa olarsa, artım tempi daha az olacaqdır.

BVF-in missiyası 2010-cu ilin konservativ büdcəsini dəstəkləyir və hakimiyyət orqanlarını dövlət xərclərinin keyfiyyətini, səmərəliliyini və şəffaflığını artırmağa çağırır. Əgər hətta neft qiymətləri büdcədə nəzərdə tutulduğundan daha yüksək və ya artım tempi gözlənildiyindən daha az olarsa, dövlət xərclərini artırmaq üçün neft fondundan əlavə vəsaitlər cəlb edilməməlidir. Çünki hökumət (i) öz xərclərinin keyfiyyətini və səmərəliliyini artırmaq üçün kifayət qədər imkanlara malikdir və (ii) Neft Gəlirlərinin Uzun Müddətli İdarə Olunması Strategiyasına uyğun olaraq büdcənin davamlılığını təmin etmək üçün qeyri-neft kəsirini qarşıdan gələn illərdə xeyli azaltmalıdır. Xərclərin səmərəliliyini artırmaq üçün birinci addım olaraq büdcə maddələri hökumətin veb səhifəsində detallı nəşr edilməlidir – bu, dövlət investisiyası layihələri və sosial layihələrin daha yaxşı monitorinqi, seçilməsi və onların icrasına daha yaxşı nəzarət etməyə imkan verəcəkdir. Bundan başqa, hakimiyyət orqanları orta müddətli dövr üçün daha sərt büdcə-vergi çərçivəsi hazırlamalı və həmin çərçivədə dövlət müəssisələrinə maliyyə dəstəyinin göstərilməsi kvazi-fiskal xərc kimi aydın göstərilməli, habelə bu dəstəyin tədricən azaldılması strategiyası nəzərdə tutulmalıdır.

Missiya AMB-in yaxın müddətli dövrdə məzənnə sabitliyini saxlamaq niyyətini dəstəkləyir. Lakin iqtisadiyyat daha çox diversifikasiya olduqca və beynəlxalq kapital bazarlarına daha çox inteqrasiya etdikcə, daha çevik məzənnə daha əlverişli olacaqdır. Missiya hakimiyyət orqanları ilə orta müddətli dövrdə məzənnə çevikliyinin artırılması üçün münasib vaxt, üsullar və ilkin tənzimləmə şərtləri ilə bağlı konstruktiv dialoqu davam etdirəcəkdir.



13:41 03/03 | 143 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
"2010-cu ildə qeyri-neft sektorunda ÜDM-nin artım tempinin 4.2%-ə qalxacağı gözlənilsə də, ttempin enməsi riksləri də qalmaqdadır" | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox İQTİSADİYYAT
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: İQTİSADİYYAT:
Türkiyə Azərbaycanla danışıqlara başladı


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur