“Eurovision-2010” təmsilçimizin adı bu gün müəyyənləşəcək
Final konsertində tamaşaçılara yeni formatda hazırlanmış şou təqdim olunacaq.
55-ci “Eurovision 2010” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil etməyə iddialı olan yarımfinalçılar Səfurə Əlizadə, Məryəm Şabanova və “Milk&Kisses” qrupu Osloya getmək uğrunda bu gün mübarizə aparacaqlar. Ukrayna paytaxtından yeni qayıdan yarımfinalçılar Kiyevdə yeni mahnı, imic və rəqs üzərində işləyiblər. Final konsertində tamaşaçılara yeni formatda hazırlanmış şou təqdim olunacaq. Konsert proqramı axşam saat 8-də başlayacaq. Xatırladaq ki, “Eurovision 2010” mahnı yarışması mayda Norveçin paytaxtı Osloda keçiriləcək.
10:28 02/03 | 121 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
“Eurovision-2010” təmsilçimizin adı bu gün müəyyənləşəcək | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun