Bu gün “AzərTAc” Dövlət Teleqraf Agentliyinin 90 illiyi tamam olur.
Bununla əlaqədar Gənc Tamaşaçılar Teatrında mərasim keçirilib. Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, “AzərTAc” Dövlət İnformasiya Agentliyi Azərbaycan tarixinin böyük şahididir. “Bu gün təkcə qocaman “AzərTAc” agentliyi üçün deyil, həm də bütün Azərbaycan KIV-i üçün mühüm gündür. Əvvəllər ölkə əhalisi dünyada baş verən hadisələr haqqında məlumatı əsasən Rusiya KİV-dən alırdı. Lakin müstəqillik əldə olunduqdan sonra alternativ informasiya mənbəyi - “AzərTAc” yarandı. “AzərTAc”ın kollektivi böyük vətənpərvərlik ruhuna malikdir. Onlar obyektivdirlər, lakin hadisələri vətənpərvərlik nöqteyi-nəzərindən işıqlandırırlar”, - deyə Ə. Həsənov bildirib. Xatırladaq ki, “AzərTAc” Şərqdə ilk informasiya agentliklərindən biri olub. Agentliyin təsis edilməsi haqqında qərar Azərbaycan Xalq Respublikası Nazirlər Şurasının 3 mart 1919-cu il tarixli iclasında qəbul edilib. Lakin qurum bir il sonra - 1 mart 1920-ci ildə fəaliyyətə başlayıb. Agentliyin xəbər bülletenləri hər gün Azərbaycan və rus dilində dərc olunurdu. Sovet hakimiyyəti dövründə agentlik müxtəlif adlarla fəaliyyətini davam etdirib. 1972-ci ildən “Azərinform” adlanırdı. Ölkənin müstəqilliyi bərpa edildikdən sonra agentliyin ilk adı – “AzərTAc” qaytarılıb.
17:16 01/03 | 121 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
“AzərTAc”ın 90 illiyi tamam oldu | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun