Güləşçilərimiz beynəlxalq turnirdə 6 medal qazanıb
96 kq çəki dərəcəsində mübarizə aparan Aslanbek Alborov, bütün rəqiblərindən üstün olub.
Bolqarıstanın Burqas şəhərində sərbəst və yunan-Roma güləşi üzrə Dan Kolov və Nikola Petrovun xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnir keçirilib. Turnirdə Azərbaycanın gənclərdən ibarət sərbəst, böyüklərdən ibarət yunan-Roma güləşi üzrə yığma komandaları mübarizə aparıb. Sərbəst güləş yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. 96 kq çəki dərəcəsində mübarizə aparan Aslanbek Alborov, bütün rəqiblərindən üstün olub. İbrahim Yusubov (74 kq) gümüş, Azər Paşayev (55 kq) və David Suynuçxanov (66 kq) bürünc medal qazanıb. Yunan-Roma güləşçilərimizdən isə Taleh Məmmədov (55 kq) və Rüstəm Əliyev (66 kq) bürünc medala sahib olublar.
13:38 01/03 | 123 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Güləşçilərimiz beynəlxalq turnirdə 6 medal qazanıb | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun