İdmançılarımız üçün Vankuver Olimpiadası bu gün sona çatacaq
XXI Qış Olimpiya Oyunlarında bu gün dağ xizəyi idmanının slalom yarışları keçiriləcək.
Kişilərin mübarizəsinə 102 idmançı qoşulacaq. Onlar arasında Azərbaycan təmsilçisi Cedri Nots da olacaq. Artıq İsveçrədə anadan olan idmançımızın start xəttinə neçənci çıxacağı da müəyyənləşib. Nots Bakı vaxtı ilə saat 22:00-da başlanacaq birinci yürüşdə 94-cü çıxış edəcək. Təmsilçimiz finiş xəttinə çata bilsə, gecə saat 01:45-də başlayan ikinci yürüşə buraxılacaq. Qeyd edək ki, Notsun slalomdakı çıxışı ilə Azərbaycan idmançıları üçün Vankuver Olimpiadası sona çatacaq. Nəhəng slalomda 79-cu yeri tutan Cedri ilə yanaşı, Kanadada ölkəmizi Qaya Bassani Antivari də təmsil edib. Nəhəng slalomda 57-ci olan xanım slalomda finişə çata bilməyib.
12:24 27/02 | 154 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
İdmançılarımız üçün Vankuver Olimpiadası bu gün sona çatacaq | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun