SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
“Xocalı soyqırımı - əsrin yaddaşında” adlı sərgi keçirilib
Tədbirdə “Xocalı soyqırımı rabitəçilərin yaddaşında” kitabının təqdimat mərasimi də keçirilib.




M. F. Axundov adına Milli Kitabxanada “Xocalı soyqırımı - əsrin faciəsi” adlı sərginin açılışı və “Xocalı soyqırımı rabitəçilərin yaddaşında” kitabının təqdimat mərasimi keçirilib. Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq o ağrılı günləri bir daha yada salıb və bu faciənin Azərbaycan xalqının yaddaşından silinməyəcəyini deyib. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov da xüsusi amansızlıqla törədilmiş qanlı cinayət əməlindən danışıblar. Sonra tədbir iştirakçıları “Xocalı soyqırımı - əsrin faciəsi” adlı sərgi və təqdimatı keçirilən kitabla tanış olublar. Sərgidə Xocalı faciəsinə həsr olunmuş 200-dən çox müxtəlif dillərdə çap olunmuş kitab, jurnal, qəzet materialları nümayiş etdirilib.



14:39 25/02 | 208 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
“Xocalı soyqırımı - əsrin yaddaşında” adlı sərgi keçirilib | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox MƏDƏNİYYƏT
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: MƏDƏNİYYƏT:
Məşhur rus rejissoru "Qara yanvar" adlı film çəkib


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur