Gəncə şəhəri Azərbaycanın əfsanələr, Şəki sənətkarlıq, Qazax isə folklor paytaxtı oldu
Mədəniyyət və Turizm Nazirliyinin «2010 - 2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları» proqramına əsasən bu il üçün Gəncə şəhəri azərbaycanın əfsanələr, Şəki sənətkarlıq, Qazax isə folklor paytaxtı elan edilib.
Bu barədə nazir Əbülfəs Qarayev bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. Təşkilat komitəsi proqramın icrası ilə əlaqədar dünyaşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə daxil olan təklifləri təhlil etdikdən sonra bu qərara gəlib. Seçim zamanı müvafiq namizəd şəhərlərin ümumi hazırlığı, tarixi ənənələri və digər amillər nəzərə alınıb. Məqsəd milli folklor ustaları və kollektivlərinin, sənətkarların, milli adət-ənənələrin və eyni zamanda respublikanın şəhər və rayonlarının beynəlxalq səviyyədə tanıdılması, daxili və xarici turzimin inkişafına dəstək verməkdir. Hazırda həmin şəhər və rayonların təklifləri nəzərə alınaraq bu istiqamətdə tədbirlər planı hazırlanır. Həmin şəhərlərdə bir sıra silsilə tədbirlər keçiriləcək. Hər bir nominasiyaya uyğun olaraq şəhərlərin loqosunun əks olunduğu lövhələrin, bannerlərin, çap məhsullarının hazırlanması və yerləşdirilməsi istiqamətində iş aparılır. Bütün bu işlər həm də təbliğat sahəsində mövcud çatışmazlıqların aradan qaldırılmasına səbəb olacaq. Hazırda Azərbaycanın qeyri-maddi mədəni irs konsepsiyası hazırlanır və bununla bağlı informasiya bankının yaradılması da nəzərdə tutulub. Aprel ayının 28-də isə Azərbaycanın şəhər və rayonlarının turizm potensialını əks etdirən geniş miqyasda sərginin keçirilməsi planlaşdırılır. Sərgidə Şəki, Qazax və Gəncənin xüsusi stendləri qurulacaq.
19:18 24/02 | 170 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Gəncə şəhəri Azərbaycanın əfsanələr, Şəki sənətkarlıq, Qazax isə folklor paytaxtı oldu | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun