"Qarabağ həqiqətləri" toplusu yapon dilində nəşr olunub
Heydər Əliyev Fondu Xocalı soyqırımının ildönümü ərəfəsində "Qarabağ həqiqətləri" toplusunu yapon dilində nəşr etdirib.
Bu barədə Fonddan məlumat verilib. Silsilə toplu "Qarabağın tarixi haqqında qısa məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti", "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri" adlı 5 bukletdən ibarətdir. Toplu Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Yaponiyanın Sənaye və Mədəni İnkişaf üzrə Təşkilatının ("OİSCA-İnternational") köməyi ilə nəşr olunub. Bukletlər fotoşəkillərlə zəngindir. Bütün bukletlərdə Azərbaycanın xəritəsi verilib və burada Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan əraziləri göstərilib.
12:04 23/02 | 184 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
"Qarabağ həqiqətləri" toplusu yapon dilində nəşr olunub | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun