SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
İnternet şəbəkəsində daha bir virus aşkarlanıb!
Dünyadakı 2,5 min şirkət və dövlət müəssisəsində kompyuterlərin yeni virusa yoluxduğu məlum olub.

İnternet təhlükəsizliyi üzrə mütəxəssislər şəbəkədə yeni ciddi təhlükə olduğunu aşkar ediblər. Dünyadakı 2,5 min şirkət və dövlət müəssisəsində kompyuterlərin yeni virusa yoluxduğu məlum olub. “Kneber” adlandırılan zərərli proqram ilk dəfə 18 ay əvvəl şəbəkənin təhlükəsizliyinin təmin edilməsi ilə məşğul olan “NetWitness” şirkəti tərəfindən aşkarlanıb. Şirkətin məlumatına görə, virus zəbt edilmiş maşınları uzaq məsafədən idarə olunan qondarma “botnet” şəbəkəsində birləşdirir. Hazırda internetdə 5,9 minə yaxın botnet mövcuddur ki, onlardan məxfi məlumatların ələ keçirilməsində, müxtəlif server və saytlara kütləvi hücumların təşkilində istifadə olunur. Məlumatlara görə, “Kneber” botneti Şərqi Avropadan olan internet cinayətkarları tərəfindən yaradılıb. Virusu yaymaq üçün onlar Çindəki kompyuterlərdən istifadə ediblər. “Kneber”in nə məqsədlə yaradıldığı hələlik aydın deyildir. “NetWitness” şirkətindən bildiriblər ki, bu proqram yoluxmuş kompyuterlərdən müxtəlif məlumatları - şəxsi və xidməti poçtun, korporativ veb-saytların login və parollarını, sosial şəbəkələrdəki bank hesablarını, istifadəçinin şəxsi məlumatlarını toplamağa xidmət edir. 
 



10:01 22/02 | 222 dəfə oxunub   1 qeyd yazılıb    Xəbəri çap et
İnternet şəbəkəsində daha bir virus aşkarlanıb! | Hesab Aç/Yarad | 1 şərh | Diskussiya Axtar
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

Re: İnternet şəbəkəsində daha bir virus aşkarlanıb! (Xal: 1)
Göndərən: Gold_User 26.02.2010 Saat: 09:43
(İstifadəçi Məlumatları | Mesaj Göndər)

maraqlidir




 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox TEXNOLOGİYA
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: TEXNOLOGİYA:
Hər səhv yazılan ünvan “Google”-a 500 milyon dollar qazandırır


Xəbər Səsverməsi
Ortalama Xal: 4
Toplam Səs: 1


Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur