Bakıdakı konsertinin pulunu almayan müğənni məhkəməyə müraciət edəcək
Müğənni menecerin səhvi ucbatından maddi itki ilə üzləşdiyini iddia edir.
Müğənni Hadisə bir müddət əvvəl işbirliyini bitirdiyi menecer Berna Nuru Süeri məhkəməyə verməyə hazırlaşır. Müğənni menecerin səhvi ucbatından maddi itki ilə üzləşdiyini iddia edir. Hadisənin yaxın ətrafından verilən məlumata görə, Hadisə Bakı konsertinin ödənişini ala bilmədiyi üçün məhkəməyə müraciət edəcək. Menecer Berna Nuru Süer isə "Vatan" qəzetinə açıqlamasında bunları deyib: "Hadisə ilə 2 günlük Azərbaycan konserti planlaşdırılmışdı. Birinci günün konsertinin pulu ödənilmişdir. İkinci gün baş tutmalı olan konsert isə ortaq qərarla ləğv edilmişdi. Sənətçi baş tutmayan konsertin pulunu tələb edir. Bizim sənətçiyə ödəmədiyimiz bir qəpik yoxdur".
11:31 17/02 | 297 dəfə oxunub 1 qeyd yazılıb Xəbəri çap et