Başqa printerlərdən fərqli olaraq bu cihazda mürəkkəb əvəzinə karandaşdan istifadə olunur.
Hoyunq Li adlı ixtiraçı çox maraqlı bir printer hazırlayıb. İndilik yoxlama mərhələsində olan printer öz sahəsində ilkdir. Başqa printerlərdən fərqli olaraq bu cihazda mürəkkəb əvəzinə karandaşdan istifadə olunur. “Pencil Printer” üstündəki kiçik yuvaya yerləşdirilən karandaşla işləyir. Cihazın içində kauçuk pozucu olduğu üçün yazılmış kağızları təmizləmək də mümkündür. Yeni cihazın kütləvi istehsal olunub olunmayacağı hələlik bilinmir.
10:46 17/02 | 189 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et