İranın Kohkiloye və Bayer Əhməd əyalətində pilotsuz təyyarənin təqdimat mərasimi keçirilib.
Pilotsuz təyyarə Yasuc şəhərinin universitet tələbələri tərəfindən hazırlanıb. Təqdimat mərasimi Yasuc şəhər aeroportunda keçirilib. Kohkiloye və Bayer Əhməd əyalətinin təhsil şöbəsinin müdiri Seyidəli Məhəmməd Daneşi bildirib ki, təyyarənin sürəti saatda 200 km-dir. Spirt və gənəgərçək yağı ilə işləyən təyyarə 3 saat havada qalmaq qabiliyyətinə malikdir. Təyyarədən havadan yerin şəkilinin çəkilməsi, sərhəd zolağının təyin edilməsi və əsasən hərbi kəşfiyyat işlərinin həyata keçirilməsi məqsədilə istifadə olunacaq.
10:33 16/02 | 121 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Pilotsuz təyyarə sınaqdan keçirilib | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun