Dövlət Aqrar Universitetinin kitabxana müdiri özünü asdı
Fevralın 4-dən itkin düşdüyü bildirilən Gəncə şəhər sakininin intihar etdiyi məlum olub.
Gəncə şəhər Polis İdarəsindən verilən məlumata görə, idarəyə Yaşıllaşdırma İdarəsinə məxsus “Gülçülük sovxozu” adlanan yerdə ağacdan asılmış kişi meyitinin aşkarlanması barədə anonim zəng daxil olub. Hadisə yerinə gəlmiş polis əməkdaşlarının araşdırmaları nəticəsində məlum olub ki, bu, fevralın 4-dən itkin düşdüyü bildirilən Gəncə şəhər sakini, 1948-ci il təvəllüdlü Səfərov Nizami Səyyad oğludur. O, özünü ağacdan asaraq intihar edib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır. Məlumata görə, intihar edən 62 yaşlı Səfərov Nizami Səyyad oğlu Azərbaycan Dövlət Aqrar Universitetində kitabxana müdiri vəzifəsində işləyib.
19:28 08/02 | 47 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Dövlət Aqrar Universitetinin kitabxana müdiri özünü asdı | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun