SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

TEXNOLOGİYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

  
Viktor Yanukoviç 48.28, Yuliya Timoşenko isə 46.11 faiz səs topladılar
Ukraynada keçirilən prezident seçkisinin ikinci turunun nəticələri namizədlər arasında çox az bir fərqlə mübarizə getdiyini göstərir.

Ölkə üzrə protokolların 95.76 faizi hesablanıb. Prezidentliyə namizədlərdən Viktor Yanukoviç 48.28, Yuliya Timoşenko isə 46.11 faiz səs toplayıb. Seçki komissiyasında artıq günün sonuna kimi növbəti prezidentin adının açıqlanmasının mümkün olacağını istisna etməyiblər. Nəticələr açıqlanmamış öz qələbəsini elan edən Viktor Yanukoviç bildirib ki, Baş nazir Timoşenko istefaya hazırlaşmalıdır. Rəqibi isə Yanukoviçi son protokol sayılana qədər özünü qalib elan etməməyə çağırıb. Qeyd edək ki, namizədlər arasında faiz fərqi 2 faizdir. İkinci turda namizədlərdən birinin adi səs çoxluğu qazanması kifayət edir. Ukraynanın Mərkəzi Seçki Komissiyası tərəfindən ölkədə keçirilən prezident seçkisinin nəticələrinə lazım olarsa, məhkəmədə baxılacağı ilə bağlı fikirlər səsləndirilib. Komissiyanın məsul şəxsi Mixail Oxendovski bildirib ki, seçkidə hər hansı qanun pozuntusuna yol verilməyib. Ölkənin hazırkı baş naziri Yuliya Timoşenkonun seçki kampaniyası tərəfindən isə bildirilib ki, 1000-dən çox seçki məntəqəsində seçkilərin nəticəsi hesaba alınmayacaq. Timoşenkonun kampaniya sədri bunu ölkənin bir çox bölgələrində, xüsusən də şərq regionları olan Donetsk, Luqansk və digər regionlarda Yanukoviçin hakim olduğu seçki məntəqələrində Timoşenko tərəfdarlarının seçkiyə buraxılmaması ilə izah edib. Baş nazir Yuliya Timoşenko isə bəyan edib ki, o, ikinci turdakı məğlubiyyəti ilə razılaşmır. Timoşenkonun sözlərinə görə, exit-polun nəticələri yalnız sosioloqların rəyidir. Timoşenko tərəfdarlarını hər bir səslərinə və hər bir protokollarına görə mübarizə aparmağa çağırıb. "Biz hər bir protokolu sayacağıq. Əgər kimsə səslərin son hesablanmasına qədər kiminsə qalib gəldiyini elan etsə, bu yalnız insanları manipulyasiya etməkdir. Son bülleten hesablanana qədər hər hansısa bir nəticədən danışmaq tezdir". Bu arada ATƏT, Avropa Şurası Parlament Assambleyası, NATO Parlament Assambleyası və digər Qərb təşkilatları seçkinin beynəlxalq demokratik standartlara uyğun şəkildə keçdiyini təsdiqləyiblər. Avropa Şurası Parlament Assambleyasının seçkini müşahidə missiyasının rəhbəri Matiaş Erşi səsvermənin gedişini sakit və professional adlandırıb, saxtakarlıqla bağlı heç bir faktın qeydə alınmadığını bildirib. Regionlar Partiyasının tərəfdarları isə liderləri Viktor Yanukoviçin seçkidə qələbəsini qeyd etmək üçün artıq Ukrayna Mərkəzi Seçki Komissiyasının binası qarşısına toplaşıblar. Onların sayının getdikcə artdığı bildirilir. Viktor Yanukoviçin tərəfdarlarının sayının axşamadək 10 mindən çox olacağı xəbər verilir. Onlar kütləvi mitinqin təşkili ilə bağlı Kiyev rəhbərliyini əvvəlcədən məlumatlandırıblar. Hüquq mühafizə orqanı əməkdaşları isə paytaxt Kiyevdə nəzarəti gücləndirib.
16:41 08/02 | 35 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Viktor Yanukoviç 48.28, Yuliya Timoşenko isə 46.11 faiz səs topladılar | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox DÜNYA
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: DÜNYA:
Abdullah Gül İsrailə axşamadək vaxt verdi


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur