“Eurovision-2010”-da Azərbaycanı təmsil etmək iddiasında olan üç finalçı xəstəxanaya aparılıb
Musiqiçilər Kiyevdə dərhal xəstəxanaya aparılıb, həkim müayinəsindən keçiriliblər.
Azərbaycanı bu ilin mayında “Eurovision-2010” müsabiqəsində təmsil etmək iddiasında olan üç milli finalçı - Məryəm Şabanova, Səfurə Əlizadə və “Milk&Kisses” qrupu kəskin hava şəraiti ilə əlaqədar bir gün Heydər Əliyev Beynəlxalq Hava Limanında qalmalı olub. Fevralın 5-də finalçılar hazırlıq keçmək və mahnı yazdırmaq məqsədilə Kiyevə getməli olsalar da, həmin gün səhər saatlarına nəzərdə tutulan uçuş hava şəraiti ilə əlaqədar bir gün sonraya keçirilib. Gecəni Heydər Əliyev Beynəlxalq Hava Limanında keçirən finalçılar fevralın 6-da yola düşüblər. Onlar Moskvada eniş edib, bir neçə saat gözlədikdən sonra başqa təyyarə ilə Kiyevə uçublar. Finalçılar Bakıdan çıxandan təxminən 30 saat sonra sağ-salamat Kiyevə çatsalar da, uçuşun uzun çəkməsi, habelə uzun müddət hava limanlarında qalmaları onların səhhətində problemlər yaranmasına səbəb olub. Musiqiçilər Kiyevdə dərhal xəstəxanaya aparılıb, həkim müayinəsindən keçiriliblər. “Eurovision” müsabiqəsi üzrə Azərbaycanın musiqi koodinatoru Zəhra Bədəlbəyli faktı təsdiqləyib. O bildirib ki, hava reysləri təxirə salındığından finalçıların Kiyevə uçmasında problem yaranıb: “Bu səbəbdən onlar gecəni Heydər Əliyev Beynəlxalq Hava Limanında keçirdilər. Xəstəxanaya aparılmalarına gəlincə, finalçıların boğazları müayinə olunub. Həkim müayinəsindən sonra onlar otelə aparılıblar”. Z. Bədəlbəyli onu da bildirib ki, artıq finalçılar hazırlıq prosesindədirlər və mahnı yazılışına başlanılıb. /Apa/
16:01 08/02 | 103 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
“Eurovision-2010”-da Azərbaycanı təmsil etmək iddiasında olan üç finalçı xəstəxanaya aparılıb | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun