Bakıya yağan qar və düşən şaxta ata ilə oğulun həyatına son qoyub.
Əzizbəyov rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Qala qəsəbəsində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 41 yaşlı Ədalət Şükürlü yollar buz bağladığından idarə etdiyi “Mercedes” markalı avtomobillə küçədə gecələmək qərarına gəlib. Nəticədə sürücü Ə. Şükürlü və onun 16 yaşlı oğlu Ülvi Şükürlü dəm qazından boğularaq ölüblər.
Faktla bağlı araşdırma aparılır. |