SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

TEXNOLOGİYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

  
Viktor Yanukoviç qələbə çalması münasibəti ilə hər kəsi təbrik etdi
Ukraynada prezident seçkilərinin ikinci turunda rəqibindən çox az səs faizi ilə öndə olan Regionlar Partiyasının lideri Viktor Yanukoviç artıq xalqı qələbə münasibətilə təbrik edib.

"Vesti"-nin verdiyi xəbərə görə, V. Yanukoviç ikinci turda ona səs verən bütün seçicilərə təşəkkür edib: “Biz bu günün gəlib çatması üçün sizinlə bərabər inadla çalışdıq. Mən bizim ümumi işimizə - dəyişikliklər uğrunda mübarizəyə verdiyiniz dəstəyə görə sizə minnətdaram. Bu gün dünya sizin azad və ədalətli seçkilər vasitəsilə ifadə olunan səsinizi eşitdi. Mən sizin etimadınızı doğruldacağam”.

V. Yanukoviç seçkilərdə Yuliya Timoşenkonu və digər namizədləri dəstəkləmiş seçicilərə də onların etimadlarını qazanmağa çalışacağı barədə söz verib: “Hesab edirəm ki, Ukraynada istənilən prezidentin vəzifəsi ölkənin şərqinin, qərbinin, şimalının və cənubunun birləşdirilməsi, vətəndaşlarımızın vahid xalq kimi bir araya gətirilməsidir. Bu məqsədə nail olunması mənim başlıca vəzifəmdir”.
12:01 08/02 | 87 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Viktor Yanukoviç qələbə çalması münasibəti ilə hər kəsi təbrik etdi | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox DÜNYA
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: DÜNYA:
Abdullah Gül İsrailə axşamadək vaxt verdi


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur