Kubalı telejurnalistlər Azərbaycan haqqında veriliş hazırlayıblar
Telejurnalistlər Azərbaycanda səfərdə olub, müxtəlif çəkilişlər aparıb, geniş materiallar toplayıblar.
Cari il martın 4-dən 8-dək Havanada Azərbaycan-Kuba Hökumətlərarası Komissiyasının 3-cü iclası çərçivəsində Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Ölkəmizlə bağlı verilişin hazırlanması və əvvəlcədən yayımlanması məqsədilə kubalı telejurnalistlər Azərbaycanda səfərdə olub, müxtəlif çəkilişlər aparıb, geniş materiallar toplayıblar. Səfər çərçivəsində qonaqlar Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə də görüşüb, ölkəmizin qədim mədəniyyəti və turizm potensialı ilə bağlı müsahibə alıblar.
09:48 08/02 | 50 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Kubalı telejurnalistlər Azərbaycan haqqında veriliş hazırlayıblar | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun