SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

TEXNOLOGİYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

  
Andres Herkel və Jozef Debono Qrex Azərbaycanda rəsmi səfərdədilər
Avropa Şurası Parlament Assambleyası (AŞPA) monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Jozef Debono Qrex bu gün Azərbaycana rəsmi səfərə gəliblər.



Avropa Şurasının Azərbaycandakı İnformasiya Ofisindən  verilən məlumata görə, həmməruzəçilər əvvəlcə Gəncəyə səfər edərək orada yerli hakimiyyət və hüquq-mühafizə orqanlarının rəhbərləri, Gəncə Apellyasiya Məhkəməsinin sədri ilə görüşəcəklər. Rəsmi görüşlər isə sabah – fevralın 9-da başlayacaq.

Həmməruzəçilər Bakıda Azərbaycan prezidenti İlham Əliyev, ədliyyə naziri, milli təhlükəsizlik naziri, parlamentin spikeri, baş prokuror, MSK sədri, media nümayəndələri, ombudsman və Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvləri ilə görüşəcəklər. Həmməruzəçilər səfərin yekunu olaraq “Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin icra vəziyyəti” adlı məruzə hazırlayacaqlar. Səfər fevralın 11-də başa çatacaq.
09:30 08/02 | 38 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Andres Herkel və Jozef Debono Qrex Azərbaycanda rəsmi səfərdədilər | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox SİYASƏT
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: SİYASƏT:
Anjey Kaspşikin mandatı uzadılıb


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur