Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunda səsvermə başa çatıb.
Ukrayna KİV-nin məlumatına görə, artıq “exit-poll”un nəticələri açıqlanıb. “Exit-poll”un nəticələrinə görə, Regionlar Partiyasının lideri Viktor Yanukoviç Yuliya Timoşenkodan öndə gedir. Belə ki, Yanukoviç səslərin 49%-ni, Timoşenko isə 46%-ni toplayıb.
Ukraynanın yeni prezidentinin adının fevralın 8-də səhər saatlarında bəlli olacağı gözlənilir. |