Mingəçevir DRES-dən elektrik enerjisi verilişi tamamilə bərpa edildi
Mingəçevir Dövlət Rayon Elektrik Stansiyasından (DRES) yüksəkvoltlu elektrik ötürücü xətlər vasitəsilə elektrik verilişi tamamilə bərpa edilib.
“Azərenerji” SC-nin mətbuat xidmətindən verilən məlumata görə, yüksəkvoltlu xətlərdə müşahidə olunan bütün problemlər aradan qaldırılıb və hazırda xətlər vasitəsilə enerji verilişi tamamilə bərpa olunub. Qeyd edək ki, ”Bakıelektrikşəbəkə” ASC-dən əvvəl bildirildiyi kimi, SC bu günün sonuna kimi paytaxt əhalisinin 95 faizini elektrik enerjisi ilə təmin edəcək. Hazırda "Bakıelektrikşəbəkə" Sabunçu və Əhmədli, o cümlədən şəhərin Binəqədi rayonundakı hava xətlərində mövcud olan problemi aradan qaldırır.
17:42 06/02 | 67 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Mingəçevir DRES-dən elektrik enerjisi verilişi tamamilə bərpa edildi | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun