Türkiyənin baş naziri MHP- nın liderini məhkəməyə verdi
Rəcəb Tayyib Ərdoğan Baxçalıdan 100 min TL (50 min AZN) tələb edir.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalını məhkəməyə verib. Türkiyə mətbuatının yaydığı məlumata görə, buna səbəb Türkiyə Böyük Millət Məclisinin bu həftə keçirilən iclasında hakim Ədalət və İnkişaf Partiyasından və MHP-dən olan millət vəkilləri arasında baş verən əlbəyaxa davaya görə, Baxçalının Ərdoğanı ittiham etməsidir. Baş nazir məhkəməyə təqdim etdiyi iddia ərizəsində MHP liderinin məsələ ilə bağlı yaydığı açıqlamada onun şərəf və ləyaqətini təhqir etdiyi bildirilib. Bu səbəbdən Ərdoğan Baxçalıdan 100 min TL (50 min AZN) tələb edir.
16:53 06/02 | 79 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Türkiyənin baş naziri MHP- nın liderini məhkəməyə verdi | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun