Hadisə bu gün səhər saat 06.10 radələrində Yasamal rayonu M. Muxtarov küçəsi dalan 1-də qeydə alınıb.
Bakıda yaşayış evi yanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə bu gün səhər saat 06.10 radələrində Yasamal rayonu M. Muxtarov küçəsi dalan 1-də qeydə alınıb. Həmin ünvanda yaşayan Fazil Fətəliyevə məxsus evdə baş verən yanğın onun qonşusu Zemfira Mədətovanın da evinə keçib. Nəticədə ümumilikdə 250 kv/m sahədə yanar konstruksiyalar və oradakı əşyalar tam yanıb. Hadisə zamanı xəsarət alan Fazil Fətəliyev və onun qonşusu Ceyhun Əliyev xəstəxanaya yerləşdiriliblər.
15:05 06/02 | 64 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Bakıda yaşayış evi yandı, 2 nəfər xəsarət aldı | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun