SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

TEXNOLOGİYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

  
Türkiyə ilə Azərbaycan təbii qazın qiyməti məsələsində razılıq əldə etdi
Türkiyənin enerji naziri Taner Yıldız bəyan edib ki, təbii qazın qiyməti ilə bağlı Azərbaycanla aparılan müzakirələrdə hər iki tərəfi qane edən razılaşma əldə olunub, amma hələlik bu barədə rəsmi anlaşma olmayıb.

Türkiyə ilə Azərbaycan təbii qazın qiyməti məsələsində razılıq əldə edib. Bu barədə Türkiyənin “Vətən” qəzeti məlumat yayıb. Məlumata görə, Türkiyənin enerji naziri Taner Yıldız dünən İranın xarici işlər naziri Mənuçöhr Mottəki ilə görüşdən sonra bəyan edib ki, təbii qazın qiyməti ilə bağlı Azərbaycanla aparılan müzakirələrdə hər iki tərəfi qane edən razılaşma əldə olunub, amma hələlik bu barədə rəsmi anlaşma olmayıb. Bu açıqlama ətrafında müzakirələr aparan jurnalistlər yeni qiyməti müəyyənləşdirə biliblər. Beləliklə, Türkiyə ildə 6 mlrd. kubmetr qaz aldığı Azərbaycana 2010-cu ildə 720 mln. dollar deyil, 1,8 mlrd. dollar ödəyəcək. Bu isə o deməkdir ki, Azərbaycan qazının 1 min kubmetri Türkiyəyə 300 dollara başa gələcək. Bundan başqa, Türkiyənin Azərbaycandan 1 min kubmetri 120 dollara qaz aldığı dövrdəki («Şahdəniz» layihəsinin I fazası çərçivəsində hasil edilən təbii qaz Türkiyəyə məhz bu qiymətə satılıb) qiymət fərqini aradan qaldırmaq məqsədilə ödənəcək vəsait (borc) 1,7 mlrd. dollar həcmində razılaşdırılıb.
14:30 06/02 | 46 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Türkiyə ilə Azərbaycan təbii qazın qiyməti məsələsində razılıq əldə etdi | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox İQTİSADİYYAT
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: İQTİSADİYYAT:
Türkiyə Azərbaycanla danışıqlara başladı


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur