Vaşinqtona yağan güclü qar avtomobil və hava nəqliyyatının fəaliyyətini iflic edib.
“Associated Press”in məlumatına görə, qarın bu gün axşamadək yağacağı gözlənilir. Bu müddətdə qar örtüyünün qalınlığı 70 sm-ə çatacaq ki, bu da bütün müşahidələr tarixi ərzində rekord göstərici sayılır.
Sinoptiklər meteoşərtlərin daha da pisləşəcəyini, küləyin getdikcə güclənəcəyini proqnozlaşdırırlar.
Hakimiyyət orqanları vətəndaşları zərurət olmadığı halda evlərindən bayıra çıxmamağa çağırıb. Bölgədə aeroportlar bağlanıb, qatarların hərəkəti dayandırılıb, yol xidmətləri isə avtomobil yollarını qardan təmizləməkdə çətinlik çəkirlər.
|